Milli komanda yoxlama oyununda heç-heçə edib
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, rəqib Norveçin “Tromse” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub. Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Vüqar Məmmədin baş məşqçi olduğu yığmanın qollarını Tural Bayramov və Sərhat Daşdəmir vurub.
Qeyd edək ki, bu, Daşdəmirin üçüncü yoldaşlıq görüşündə 3-cü qolu olub.