Milli komandalarımızın rəqibləri məlum oldu

17 və 19 yaşadək futbolçulardan ibarət milli komandalarımızın Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, Ramin Quliyevin rəhbərlik etdiyi U-17 kollektiv Almaniya, Yunanıstan və Qazaxıstan yığmaları ilə birgə 9-cu qrupda mübarizə aparacaq.

Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək.

Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 isə Çexiya, Norveç və San Marino komandaları ilə birgı 7-ci qrupda yer alıb.

Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.