Milli komandamız heç-heçə ilə kifayətləndi

Antalyada təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib. 

Sportline.az xəbər verir ki, millimizin Rusiyanın "Krasnodar-3” komandası ilə görüşü 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Sərhad Daşdəmir fərqlənib.

U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək. 

 

Yoxlama görüşü

22 yanvar

Azərbaycan (U-19) - Krasnodar-3 (Rusiya) 1:1

Qol: Sərhad Daşdəmir.

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rüfət Hüseynli, 26. Xəyal Muradov, 15. Vüsal Məsimov, 8. Şakir Seyidov, 7. Turan Vəlizadə, 24. Tural Bayramov, 11. İsmayıl Zülfüqarlı, 10. Kamran Quliyev, 9. Musa Qurbanlı.

Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samuqullin, 14. Elnur İbrahimov, 21. Zamiq Əliyev, 2. Rüstəm Nuriyev, 3. Murad Məmmədov, 13. Ruslan Qəribov, 6. İdris İnqilablı, 23. Rüfət Abdullazadə, 19. Vüsal Əsgərov, 17. Samir Qurbanov, 16. Elvin Talıbov, 18. Sərhad Daşdəmir.