Milli komandamız İngiltərə ilə qarşılaşacaq

Futbol üzrə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb. 

Sportline.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi 8-ci qrupda İngiltərə, Yunanıstan və San-Marino komandaları ilə birgə mübarizə aparacaq. 

Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.