Milli komandamız məğlub oldu
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət seçmə komandamız yoldaşlıq oyunu keçirib.
Sportline.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Komandamızın yeganə qolunu Sona Rəhimova vurub.
Bu komandalar arasında növbəti oyun mayın 25-də keçiriləcək.