Milli komandamız Moskva "Spartak"ına qarşı

21 yaşadək futbolçulardan ibarət seçmə komandamız yanvarın 21-dən 24-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komandamız, hazırlıq prosesi çərçivəsində yoxlama görüşü keçirəcək.

Rəqib Moskva “Spartak”ının 2-ci komandası olacaq.