Milli komandamız "Olimpiya"nı məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, “Olimpiya” klubunun əvəzedici komandası ilə qarşılaşan millimiz 4:2 hesablı qələbə qazanıb.

Futbolçularımızdan Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib.