Milli komandamız problemlə üzləşib

U-21 millimizin mart ayında Belarus U -21 millisi ilə Bakıda planlaşdırılan yoxlama oyunu baş tutmayacaq.

Sportline.az xəbər verir ki, buna Belarus tərəfinin matçdan imtina etməsi səbəb olub.

U-21-in yeni baş məşqçisi Milan Obradoviçin martın 25 və ya 26-da təlim-məşq toplanışı çərçivəsində Bakıda yoxlama oyunu keçirilməsini istədiyi bildirilir. Əgər başqa millilərlə də danışıqlar alınmasa, o zaman U-21 Premyer Liqa təmsilçisindən biri ilə qarşılaşacaq.