Milli komandamız qələbə qazandı
Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları olub.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, uelsli yaşıdları ilə qarşılaşan seçməmiz 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.
Qeyd edək ki, Azərbaycan milli komandası ilk oyununda Macarıstana 0:1 hesabı ilə uduzmuşdu. Komandamız qrupda son görüşünü mayın 10-da Slovakiyaya qarşı keçirəcək.