Milli komandamız Ukrayna ilə görüşəcək

21 yaşadək futbolçulardan ibarət millimiz Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək.

Sportline.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Matçın noyabrın 19-da keçiriləcəyi bildirilib.

Qeyd edək ki, millimiz Avro-2021-in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək.