Milli komandamızın FİFA reytinqi

FİFA qadın milli komandalarının növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, millinin mövqeyində bundan əvvəlki siyahı ilə müqayisədə dəyişiklik olmayıb. Komandamız 75-ci pillədə qalıb. Amma milli 19 xal itirib. Millimizin ehtiyatında hazırda 1326 xal var. Xal itkisinə səbəb Avro-2021-in seçmə mərhələsi çərçivəsində İspaniya (0:4), Çexiya (0:4) və Moldovaya (1:3) məğlubiyyətlərdir.

Qeyd edək ki, siyahıya 2174 xalla ABŞ başçılıq edir. Almaniya 2-ci (2078 xal), Niderland 3-cü (2035) pillədə qərarlaşıb.