Milli komandamızın heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, məşqçilər korpusu 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Kamran İbrahimov («Neftçi»), Oleq Karnaux («Sabah»), Nicat Mehbalıyev («Sumqayıt»);
Müdafiəçilər: Amin Seydiev («Qəbələ»), Turan Manafov («Səbail»), Murad Qayalı («Keşlə»), Nihat Tamazov, Toral Bayramov (hər ikisi - «Qarabağ»), Ömar Buludov («Neftçi»), Elçin Mustafayev («Sabah»), Huseyn Seyliğli («Darika Gənclərbirliyi», Türkiyə);
Yarımmüdafiəçilər: Rafael Məhərramli («Zirə»), Hacıağa Hacılı, İsmayıl İbrahimli (hər ikisi - «Qarabağ»), Fərid Nəbiyev («Slaviya», Çexiya), Barış Ekinçier («Austriya Klaqenfurt», Avstriya), Rövlan Muradov («Qəbələ»), Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev, Suleyman Əhmədov (hamısı - «Sumqayıt»), Tural Bayramlı («Keşlə”), Şakir Seyidov, Özancan Kökçü (hər ikisi- «Sabah»);
Hücumçular: Doğukan Öksüz («Eyupspor», Türkiyə), Musa Qurbanlı («Qarabağ»).
Xatırladaq ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynlə, 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukrayna ilə qarşılaşacaq.