Milli komandamızın heyətində dəyişiklik
İspaniyanın “Albasete” klubunun yarımüdafiəçisi Eddi İsrafilov, AVRO-2020-nin seçmə mərhələsinin, noyabrın 16-da keçiriləcək Azərbaycan - Uels görüşündə iştirak edə bilməyəcək.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onun əvəzinə millinin heyətinə “Zirə” klubundan Elvin Camalov dəvət olunub.
İsrafilovun milliyə çağırılması barədə prosedura uyğun qaydada “Albasete”yə göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.
Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.
İsrafilovun, millinin noyabrın 19-da səfərdə Slovakiyaya qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan təlim-məşq toplanışına qatılacağı bildirilir.