Milli komandamızın heyətində itki

Sabah Makedoniya seçməsi ilə yoldaşlıq oyuna çıxacaq milli komandamızın heyətində itki var.

Sportline.az xəbər verir ki, müdafiəçi Pavel Paşayev zədə səbəbindən meydana çıxa bilməyəcək. Onun əvəzinə Tural Axundovun start heyətində olacağı gözlənilir.

Qeyd edək ki, Antalyanın "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı, sabah Bakı vaxtı ilə 20:00-da başlanacaq.