Milli komandamızın məşqi

Futbol üzrə milli komandamız 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya seçməsilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən açıq məşqdə 17 futbolçu iştirak edib. Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün tədbirlərə qatılan Qara Qarayev sabah geri dönəcək.

Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də qoşulacaq. Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də gələcək.