Milli komandamızın reytinqi açıqlandı

FİFA yeni reytinqini açıqlanıb.

Sportline.az xəbər verir ki, milli komandamız 2019-cu ilin üçüncü siyahısında 2 pillə geriləyib.

Macarıstan (1:3) və Slovakiyaya (1:5) məğlub olan seçmə komandamız 14 xal itirərərk 110-cu pilləyə enib. 

Millinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya və Uels reytinqdə gerilədiyi halda, Slovakiya ilə Macarıstanın mövqeyində irəliləyiş var. Hazırda Xorvatiya 6-cı, Uels 23-cü, Slovakiya 31-ci, Macarıstan 42-ci yerdədir. 

İlk onluğa isə, Belçika başçılıq edir. 

1 (1). Belçika – 1746

2 (2). Fransa – 1718

3 (3). Braziliya – 1681

4 (4). İngiltərə - 1652

5 (7). Portuqaliya – 1631

6 (5). Xorvatiya – 1625

7 (9). İspaniya – 1617

8 (6). Uruqvay - 1615

9 (8). İsveçrə – 1605

10 (10). Danimarka – 1589