Milli komandanın dünya reytinqindəki yeni mövqeyi
FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.
Sportline.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Ötən ay Bakıda Belarusa 1 cavabsız qolla uduzan, Antalyada Makedoniya kollektivi ilə 1:1 hesabı ilə heç-heçə edən milli hazırda 245 xala 126-cı pillədədir.