Milli komandanın hazırlıq planı açıqlandı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya seçməsi ilə görüşəcək milli komandamızın hazırlıq planı müəyyənləşib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, milli martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.
Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva ilə keçirəcəyi oyunun hazırlığına başlayacaq.
Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.