Milli komandanın heyəti açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oktyabrın 2-dən 5-dək Bakıda, oktyabrın 6-dan 15-dək isə Çexiyanın Ostrava şəhərində təlim-məşq toplanışı və Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Sportline.az AFFA-nın saytına istinadən heyəti təqdim edir:

Rüstam Samiqullin ("Sabah"), Ayhan Arazlı, Nihad Quliyev, Tural Bayramov, Musa Qurbanlı (hamısı "Qarabağ"), Şahin Mürsəl ("Viedenbrük", Almaniya), Nihad Qurbanlı, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Səbail"), Emre Kaplan ("Başakşəhər", Türkiyə), Xəyal Muradov, Təbriz İsazadə, Əli Mürsəlov, İdris İnqilablı, Veysal Rzayev (hamısı "Qəbələ"), Elnur İbrahimov ("Sportakademi klub (Rusiya), Rüfət Abdullazadə ("Sumqayıt"), Samir Qurbanov ("Viktoriya" Çexiya)