Milli komandanın heyəti açıqlandı

Mayın 18-dən 28-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Sloveniyada təlim-məşq toplanışı olacaq.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız hazırlıq prosesi zamanı 2 yoxlama oyunu keçirəcək. Mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşacaq U-21 mayın 27-də Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək.

Toplanışa aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Kamran İbrahimov, Rəhman Daşdəmirov ( hər ikisi "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"),Elçin Mustafayev, Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Abbas Ağazadə (MOİK), Ziya Əzizov (NEC Nijmegen, Hollandiya), Rafael Məhərrəmli ("Zirə")

Qeyd edək ki, Murad Popov, Amin Seydiyev, Rövlan Muradov, Süleyman Əhmədov toplanışa mayın 20-də qoşulacaq.