Milli komandanın heyətində dəyişiklik

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

Sportline.az xəbər verir ki, Bakıda hazırlıq keçən milliyə daha bir futbolçu dəvət olunub.

Söhbət “Qəbələ”nin üzvü Sahil Həsənovdan gedir.

Qeyd edək ki, mayın 4-dən başlayan toplanışa 28 oyunçu çağırılmışdı.