Milli komandanın heyətində dəyişiklik

Təlim-məşq toplanışını Qəbələdə davam etdirən 19 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində dəyişiklik olub. 

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə”nin futbolçusu Əkbər Vəliyev zədələndiyi üçün hazırlıq prosesindən kənarlaşdırılıb.

Əvəzində "Qəbələ"dən Veysəl Rzayev toplanışa dəvət olunub.

Qeyd edək ki, toplanışa sabah yekun vurulacaq.

 

Banner