Milli komandanın heyətində dəyişiklik

Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Mehrac Baxşəliyev ("Qəbələ") zədəli olduğu üçün toplanışa qatılmayıb. Eldar Tağızadə  ("Fundacion Marcet", İspaniya) isə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.