Milli komandanın üzvü "Spartak"da
Moskva "Spartak"ı heyəti daha bir futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, moskvalılar Əlcəzair millisinin üzvü Sofyan Anni ilə anlaşıblar. "Anderlext"in sabiq yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, əvvəllər Türkiyə və Fransa çempionatlarında bacarığını göstərən 27 yaşlı futbolçu Əlcəzair millisində 10 oyun keçirib.