Milli komandanın yeni baş məşqçisi nə vaxt təyin olunacaq?

Azərbaycan millisinin yeni baş məşqçisi dekabr ayının sonu, və ya yanvar ayının əvvəllərində müəyyənləşə bilər. SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəllərində nəzərdə tutulan toplantısında açıqlana bilər. Məmmədov bildirib ki, indiyədək milli komanda üçün bütün şərait yaradılıb: "Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsüm UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür".