Milli komandaya yeni məğqçi təyin edilib

2001/2002-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandamıza yeni məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev 2001/2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyevin köməkçisi təyin olunub.

O, artıq “Qəbələ”dəki işindən ayrılıb.

Qeyd edək ki, Emin İmaməliyevin çalışdırdığı “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mərhələ adlamağı bacarıb.