Milli Portuqaliyada qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Rumıniya seçməsi ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.

Qeyd edək ki, milli sabah Çexiya ilə qarşılaşacaq.