Milli Qəhrəman Allahverdi Bağırovun doğum günündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun 70 yaşı tamam olur.

Allahverdi Bağırov 1946-cı ilin aprelin 22-də Ağdam rayonunda anadan olub. O, Azərbaycan tarixinə 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməsi, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqla düşüb.

O, 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanik kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. Allahverdi Bağırov doğulduğu Ağdam rayonunda dəfn edilib.

Bəzi məlumatlara görə, Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərdəbn o, qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilib.

Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yazıçı Aqil Abbas yazdığı məşhur “Dolu”romanındakı “Komandir” obrazının prototipinin Allahverdi Bağırov olduğunu bildirb.

O, 1970-ci illərdə Ağdamın indi adı “Qarabağ” olan komandasında oynayıb, bir müddət kapitan da olub. 1976-cı ildə komandanın baş məşqçisi təyin edilib.

Allahverdi Bağırovun xatirəsini onun 70 illiyi günü ehtiramla anır, ona və Vətən yolunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Qol.az