Millidə yeni baş məşqçi

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov yığmanın baş məşqçi postuna Georgi Dermenciyevin gətiriləcəyini açıqlayıb. Qurum rəsmisi yaxın günlərdə təyinatı rəsmən açıqlayacaqlarını bildirib.

64 yaşlı mütəxəssis sonuncu dəfə “Levski”ni (Sofiya) çalışdırıb.