Millimiz 7 cavabsız qolla uduzdu
Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. SportLine.az xəbər verir ki, qarşılaşma 7:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti görüş sentyabrın 20-də təşkil olunacaq.