Milli komandamız 7-ci oldu

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Viktor Bannikov beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Sportline.az xəbər verir ki, milli 7-ci yer uğrunda görüşə çıxıb. Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Litva futbolçuları ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb. Yığmanın heyətində Zöhrab Əsədov, Kamal Kazımov və Nurəli Nurəliyev fərqlənib

U-17 qrupda keçirdiyi hər üç oyunda məğlub olub. İsrailə 0:6, Ukraynaya 2:4, Latviyaya isə 0:2 hesabı ilə boyun əyiblər.