Millimiz Bəhreynə qalib gəldi

Bu gün Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, seçməmiz Bəhreynlə qarşılaşıb. Bəhreyn Milli Stadionunda keçirilən matç Bakı vaxtı ilə 20:30-da başlanıb.

FİFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

9 oktyabr
Yoldaşlıq oyunu

20:30. Bəhreyn - Azərbaycan 2:3

Qollar: Əbdülvahab Əl Maloud, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Jassim Əl Şeyx, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3).
Bəhreyn milli stadionu