Millimiz Bəhreynə yollandı

Bakıda təlim-məşq toplanışını başa vuran Azərbaycan milli komandası Behreynlə yoldaşlıq görüşü üçün bu ölkəyə yollanıb.

Sportline.az xəbər verir ki, AFFA millinin Bakı toplanışı ilə bağlı video hazırlayıb.

Azərbaycan seçməsi sabah Bəhreynlə yoxlama oyunu keçirəcək. Bəhreyn Milli Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək.