Millimiz Çexiyaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin təsnifat mərhələsində yığmamız bu gün ikinci oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Çexiya komandası olub.

Albaniyanın Lishnija şəhərindəki Roza Haxhiu stadionunda təşkil olunacaq matç Çexiya millisinin qələbəsi ilə yekunlaşıb.

26 oktyabr 2018
U-17, Avropa çempionatının ilkin təsnifat mərhələsi
8-ci qrup, 2-ci tur

Çexiya (U-17) - Azərbaycan (U-17) 2-0
Qollar:
 Vojatski, 9, Adam Hlozek, 90

Baş hakim: Boris Marhefka (Slovakiya)
Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Elis Pulaj (Albaniya)
Dördüncü hakim: Florian Lata (Albaniya)