Millimiz daha bir yoldaşlıq oyununa çıxacaq

Milli komandamızın, gələn il yoldaşlıq görüşündə üz-üzə gələcəyi daha bir komandanın adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, milli Malta ilə qarşılaşacaq.

Görüş martın 30-da Maltada olacaq.

Hələlik, oyunun keçiriləcəyi stadion və başlama vaxtı məlum deyil.

Qeyd edək ki, millinin mayın 26-da Antalyada Türkiyə seçməsi ilə yoldaşlıq görüşü də planlaşdırılır.