Millimiz ev oyunlarını bu stadionda keçirəcək

21 yaşadək futbolçulardan ibarət milli komandamızın, AVRO-2021-in seçmə mərhələsindəki növbəti oyunlarının məkanı  müəyyənləşib.

Sportline.az xəbər verir ki, komandamız qarşıdakı iki görüşü "Dalğa Arena"da keçirəcək.

Futbolçularımız sentyabrın 6-da Slovakiya, 10-da isə Gürcüstanı qəbul edəcək.

Xatırladaq ki, milli seçmə mərhələnin startında səfərdə Lixtenşteynə 0-1 hesabı ilə uduzub.