Millimiz FİFA-nın yeni reytinqində

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, son reytinqlə müqayisədə 4 xal itirən millimiz mövqeyini qoruyub.

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə bərabərə qalan (0:0) komanda 1202 xalla 108-ci yerdədir.

Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1621) 5-ci,  Uels (1539) 19-cu, Slovakiya (1482) 32-ci, Macarıstan (1419) 51-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1737  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1734), Braziliya isə 3-cü (1676) yerdədir.