Millimiz FİFA-nın yeni reytinqində

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, 211 millinin yer aldığı cədvəldə, Azərbaycan seçməsi ötən ayla müqayisədə 3 pillə geriləyərək, 114-cü yerə düşüb. Komandamızın aktivində 1177 xal var.

Millimiz hesabat dövründə AVRO-2020-nin seçmə mərhələsində Uelsə evdə, Slovakiyaya səfərdə eyni hesabla (0:2) məğlub olub.

Millimiz və “qonşuları”

110 (110). Farer adaları - 1181

111 (117). Zimbabve – 1180

112 (107). Niger - 1179

113 (109). Tailand – 1178

114 (111). Azərbaycan – 1177

115 (114). Kosovo - 1174

116 (115). Koreya DR - 1170

117 (119). Namibiya - 1160

118 (121). Qazaxıstan - 1155

Millimizin rəqibləri

6 (7). Xorvatiya – 1642

22 (24). Uels - 1540

32 (31). Slovakiya - 1490

52 (50). Macarıstan - 1416

İlk “onluq”

1 (1). Belçika – 1765

2 (2). Fransa – 1733

3 (3). Braziliya – 1712

4 (4). İngiltərə - 1661

5 (5). Uruqvay – 1645

6 (7). Xorvatiya – 1642

7 (6). Portuqaliya – 1639

8 (8). İspaniya – 1636

9 (9). Argentina – 1623

10 (10). Kolumbiya - 1622