Millimiz heç-heçə etdi

Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 0:0 hesabı ilə baş çatıb.
 
Qeyd edək ki, bu komandalar arasında ilk matçda millimiz 0:3 hesabı ilə uduzub.