Millimiz Latviyaya qarşı

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçmə komandası Viktor Bannikov beynəlxalq turnirinin qrup mərhələsində son oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Latviyadan olan həmyaşıdları ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Azərbaycan millisi qrupda ilk oyununda İsrailə 0:6, ikinci matçında isə Ukraynaya 2:4 hesabıyla uduzub.

Viktor Bannikov turniri
29 avqust

18:00. Azərbaycan – Latviya