Millimiz Malta ilə bacarmadı

Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi yoldaşlıq oyunu keçirib.

Sportline.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.

Bu komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.