Millimiz Maltaya qarşı

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.

Sportline.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.