Millimiz məğlub oldu

Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə baş çatıb.