Millimiz Monteneqro seçməsi ilə görüşüb

Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Sportline.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu komanda Monteneqronun müvafiq yaş qrupundan ibarət komanda ilə üz-üzə gəlib. Qarşılaşma millimizin  0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasındakı dekabrın 4-də keçirilən matçda Azərbaycan millisi qələbə qazanıb - 1:0.