Millimiz Norveç seçməsini məğlub etdi

Çimərlik futbolu üzrə millimiz İspaniyanın Salou şəhərində təşkil olunan beynəlxalq turnirdə ikinci oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi “ANOC World Beach Soccer Games” turnirində Norveç seçməsi ilə mübarizə aparıb. Futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıblar. Elçin Qasımovun dubl etdiyi oyunda Comərd Baxşəliyev 1 qol vurub.

Qeyd edək ki, ilk oyunda Azərbaycan millisi Ukrayna seçməsinə 4:6 hesabıyla məğlub olub.