Millimiz "Qarabağ"a uduzdu

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Qarabağ”ın U-17 komandası ilə yoxlama oyunu keçirib.

SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Nihad Cəfərov fərqlənib.