Millimiz Slovakiya seçməsinə uduzdu

Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, millimiz də son oyununa çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olacaq.

Qrupda keçirdiyi 7 oyuna cəmi 1 xal qazanan autsayder yığmamız səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Ancaq bu, çox çətin görünür. Çünki Slovakiya yığması final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalıdır. Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn slovaklar bu matçın da aşkar favoritidir.

Qrupun digər oyununda Uels Macarsıtanı qəbul edəcək. Hər iki komandanın final mərhələsinə vəsiqə şansı qalır.

E qrupu

23:45. Uels – Macarıstan - 2:0
Qollar:
 Remzi, 15, 47 

23:45. Slovakiya – Azərbaycan - 2:0
Qollar:
 Robert Bojenik, 19, Marek Hamşik, 86

1.

 

Xorvatiya

 

8

5

2

1

17:7

17

2.

Uels

 

8

4

2

2

10:6

14

3.

Slovakiya

 

8

4

1

3

13:11

13

4.

Macarıstan

 

8

4

0

4

8:11

12

5.

Azərbaycan

 

8

0

1

7

5:18

1