Millimiz Türkiyəyə uduzdu
2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandası Antalya şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində son oyununu keçirib.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Türkiyədən olan həmyaşıdları ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Bəhruz Tanırverdiyev 34-cü, Siyadi Baxşəliyev isə 37-ci dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, millimiz bundan əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzub, Türkiyə ilə bərabərə (1:1) qalıb.