Millimiz Ukrayna seçməsinə uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası beynəlxalq turnirdə ilk görüşünü keçirib.

Sportline.az xəbər verir ki, İspaniyanın Salou şəhərində təşkil olunan “ANOC World Beach Soccer Games ” turniri başlanıb.

Beynəlxalq yarışda ilk matçına çıxan komandamız Ukrayna millisi ilə qarşılaşıb. Futbolçularımız 4:6 hesabı ilə məğlub olublar. Sabir Allahquliyevin het-trik etdiyi görüşdə Asif Zeynalov 1 dəfə fərqlənib.