Millimizdən heç-heçə

Avropa çempionatının elit-raunduna hazırlığı davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, seçməmizin rəqibi Küveytin U-19 komandası olub.

Əlverişsiz hava şəraiti səbəbindən 30 dəqiqə gec start götürən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız ilk hazırlıq oyununda Rusiyanın “Krasnodar-3” komandası ilə də heç-heçə (1:1) etmişdi.

Yoxlama oyunu
24 yanvar 2019

Azərbaycan U-19 – Küveyt U-19 - 1:1
Qol: 
Sərhat Taşdemir, 52
Antalya, Türkiyə